"Neftçi" serbiyalı qapıçı transfer edir

"Neftçi" serbiyalı qapıçı transfer edir
XƏBƏR 5 İyun 2011 / 01:59 2782
-  A +

"Neftçi" futbol klubunun transfer etmək istədiyi qapıçı məlum olub. Qol.Az-ın "sportske.net" saytına istinadən yaydığı xəbərə görə, bu, serbiyalı qolkiper Saşa Stamenkoviçdir.

Stamenkoviç 2008-ci ildən Serbiyanın "Srvena Zvezda" komandasında çıxış edir. Lakin 26 yaşlı qapıçı son zamanlar əsas heyətdəki yerini itirib. O, əvvəlcə "Neftçi"nin təklifindən imtina edib. İsveçrə "Yanq Boyz"u variantı alınmadıqdan sonra Stamenkoviç flaqmanın daha çox pul təklifini nəzərdən keçirməyə başlayıb. Klubun idman direktoru Qoran Vasiliyeviç serbiyalı qapıçının Azərbaycan çempionuna keçidinə razılıq verib. Onun fikrincə, bu transfer tezliklə reallaşa bilər. 

Qeyd edək ki, "Neftçi" zədəli qapıçı Paulius Qribauskası vətəni Litvaya göndərdikdən sonra yeni qolkiper axtarışına başlayıb. Əvvəllər flaqmanın "Qalatasaray"dan ayrılan Robinson Zapata ilə maraqlandığı bildirilirdi.

Daha çox


Son xəbərlər