Almaniya yığmasının qapıçısı da Bakıya gəlməyəcək

Almaniya yığmasının qapıçısı da Bakıya gəlməyəcək
XƏBƏR 5 İyun 2011 / 00:12 2354
-  A +

Almaniya milli komandasının qapıçısı Tim Vize iyunun 7-də Bakıda Azərbaycan yığması ilə keçirəcəkləri Avro-2012-nin seçmə matçına gəlməyəcək. Qol.Az-ın məlumatına görə, buna Vizenin ailə üzvlərindən birinin xəstələnməsi səbəb olub.

"Verder" klubunun qolkiperinə Azərbaycan paytaxtına gəlməməsi üçün razılıq verilib. Bununla da Bundestimin baş məşqçisi Yoahim Lövün sərəncamında 16 meydan oyunçusu və 2 qapıçı - Manuel Nöyer və Rene Adler qalıb. Yarımmüdafiəçilər Bastian Şvaynştayger, Kristian Treş və Sven Bender, eləcə də hücumçular Miroslav Kloze və Marko Reus zədə üzündən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Almaniya millisi iyunun 3-də Avstriyanı səfərdə 2:1 hesabı ilə məğlub edib. Bununla da Bundestim ardıcıl 6-cı qələbəsini qazanıb.

Daha çox


Son xəbərlər