Vaqif Sadıqovun komandası baş məşqçini istefaya göndərdi

Vaqif Sadıqovun komandası baş məşqçini istefaya göndərdi
XƏBƏR 4 İyun 2011 / 23:52 2679
-  A +

Rusiyanın "Lokomotiv" klubunun prezidenti Olqa Smorodskaya komandanın baş məşqçisi Yuri Krasnojanı istefaya göndərməyi qərara alıb. Qol.Az-ın məlumatına görə, Smorodskaya gözlənilməz kadr dəyişməsinə səbəb kimi "Anji"yə mayın 27-də 1:2 hesabı ilə uduzduqları Rusiya Premyer Liqası matçında baş məşqçinin yol verdiyi səhvləri gösərib. 

Onun fikrincə, Krasnojan oyuna hazırlıq, start heyətinin müəyyənləşdirilməsi və əvəzləmələrdə yanlış qərarlar verib. Klub prezidenti qərarını "qırmızı-yaşıllar"ın bir neçə oyunçusu ilə söhbətində səsləndirib və klubun direktorlar şurasını bu barədə məlumatlandırıb. Yay fasiləsinədək komandanın Vladimir Maminova etibar olunacağı gözlənilir. Krasnojanın isə rəsmən istefadan sonra "Rostov"a başçılıq edəcəyi gözlənilir. 

Qeyd edək ki, "Anji"nin baş məşqçisinin köməkçisi azərbaycanlı mütəxəssis Vaqif Sadıqovdur.
 

 

Daha çox


Son xəbərlər