"Real"ın 2 futbolçusu "Fənərbaxça"nın hədəfində

"Real"ın 2 futbolçusu "Fənərbaxça"nın hədəfində
XƏBƏR 4 İyun 2011 / 17:49 2823
-  A +

Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" klubu bu dəfə "Real"ın 2 futbolçusuna elçi düşüb. Qol.Az-ın "İnternetspor" saytına istinadən verdiyi məlumata görə, son Türkiyə çempionu Madrid klubunda forma geyinən Fernando Qaqo və Lassana Diarra ilə yaxından maraqlanır.

"Real"la 2013-cü ilə qədər müqaviləsi olan Qaqo son mövsüm komandasının heyətində cəmi 4 oyuna çıxıb. "Real"ın Qaqo üçün 6-7 milyon avro təzminat istəyəcəyi bildirilir. Təbii ki, bu məbləğ də İstanbul təmsilçisini qane edir.

"Real"ın digər yarımmüdafiəçisi Diarranın da komandadan ayrılacağı dəqiqləşib. Bunu nəzərə alan "Fənərbaxça" rəhbərliyi 26 yaşlı futbolçunun transferi üçün danışıqlara başlayacağı bildirilir. "Fənərbaxça" klubu bu 2 futbolçudan ən azı birini transfer etməklə heyətini gücləndirmək niyyətindədir.

 

Daha çox


Son xəbərlər