"İspaniyada oynamaq istəyirəm, ancaq..."

"İspaniyada oynamaq istəyirəm, ancaq..."
XƏBƏR 4 İyun 2011 / 16:37 2513
-  A +

Rusiyanın CSKA (Moskva) klubunda forma geyən yaponiyalı Keysuke Honda La Liqada oynamaq arzusundadır. Qol.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu CSKA-da qalmasına baxmayaraq gələcəkdə La Liqada oynamaq istədiyini bildirib:

"Daha öncə də dəfələrlə İspaniyada oynamaq istədiyimi söyləmiş'm. İndi də həmin fikrimdə qalıram. Bununla belə, növbəti mövsüm də CSKA-da qalacağam. Onsuz da, biz bu mövsüm Çempionlar Liqasında oynayacağıq.

Gələcək karyeram haqda isə hələlik qəti qərarımı verməmişəm. Lakin yenə deyirəm, La Liqada oynamaq istəyirəm, ancaq bir qədər zamana ehtiyacım var".

Qeyd edək ki, əsasən "Real"da çıxış etmək istəyən Honda "Milan", "Mançester Siti", "Liverpul" və "Volsburq" kimi klubların da maraq dairəsinə düşüb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner