Mourinyo: "Nuri Şahin dünya ulduzu olacaq"

Mourinyo: "Nuri Şahin dünya ulduzu olacaq"
XƏBƏR 4 İyun 2011 / 12:36 2100
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo bu mövsüm komandaya transfer olan türkiyəli futbolçu Nuri Şahin haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, Mourinyo Nurinin yaxın gələcəkdə dünya ulduzu olacağını bildirib:

"Nuri ötən mövsüm Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib. Onu uzun müddət idi ki, izləyirdik. Nuri hələ bundan sonra daha da artıracaq və dünya ulduzuna çevriləcək.

Komandada Nuri, Özil, Marselo və Benzema kimi gənc oyunçular var. Bu futbolçular 3-4 il ərzində təcrübə qazanaraq Avropaya səs salacaqlar. Avropada yenidən "Real" hegemonluğu başlayacaq". 


Son xəbərlər