Rəşad Sadıqov: "Təcrübəmiz çatmadı"

Rəşad Sadıqov: "Təcrübəmiz çatmadı"
XƏBƏR 3 İyun 2011 / 22:32 2176
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Qazaxıstan yığmasına 1:2 hesablı məğlubiyyəti şərh edib. Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi "Kazaxstan" telekanalına müsabihəsində rəqibi qələbə münasibətilə təbrik edib.

Sadıqovun fikrincə, yığmamız yaxşı imkanlar əldə etsə də, bəxti gətirməyib: "Biz son dəqiqəyədək mübarizə apardıq və uduzmaq istəmirdik. Bizim lap gənc komandamız var. Ötən il hamı olimpiya yığmasında çıxış edirdi. Təcrübəmiz çatmadı. Bu Qazaxıstan 2004-cü ildə 3:2 hesabı ilə yendiyimizdən güclüdür".    

Son xəbərlər