19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
12 noyabr
17:30. Çexiya (U-19) - Azərbaycan (U-19) - 6:1
Qol: Ondrej Penxa 45, Lui Buffon, 54, Lui Buffon, 64, Şahismayıl Cəfərov, 70, Adam Sosna 88, Daniel Şvankara 83, Lui Buffon 90 +3
Baş hakim: Oliver Reitala (Finlandiya)
“Centenary” stadionu, Ta Qali
Mbappe "Real"a bu müdafiəçini tövsiyə etdi
Bissuma “Qalatasaray”a keçə bilər
İspaniya millisinin baş məşqçisi şoka düşüb
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Rafinya komandaya qayıtmağa hazırlaşır
PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində
Messi hələ də “Barselona”ya azarkeşlik edir
İngiltərə millisində gözlənilməz dəyişiklik
Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
“Ayaks" yeni baş məşqçisini tapdı
"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla qalib gəldi
Azərbaycan millisində ciddi itki
İnyesta haqda cinayət işi açıldı
40 yaşlı Modriçlə müqavilə uzadılacaq