Niko Uilyams da Türkiyə ilə oyunu buraxacaq

Niko Uilyams da Türkiyə ilə oyunu buraxacaq
DÜNYA FUTBOLU 12 Noyabr 2025 / 11:19 878
-  A +

İspaniya millisinin hücumçusu Niko Uilyams DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Türkiyə ilə oyun ərəfəsində zədələnib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, “Atletik”in (Bilbao) hücumçusunun İspaniya millisinin heyətindən kənarlaşdırıldığını bildirib.

Bundan əvvəl Lamin Yamal da zədə səbəbindən İspaniya millisinin heyətindən çıxarılmışdı.

Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də səfərdə Gürcüstan, 18-də isə ev matçında Türkiyə seçməsi ilə oynayacaq.

Daha çox


Son xəbərlər