Ağayevə daha bir beynəlxalq təyinat

Ağayevə daha bir beynəlxalq təyinat
ÖLKƏ FUTBOLU 12 Noyabr 2025 / 10:44 756
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Xatırladaq ki, Əliyar Ağayev ötən həftə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda  "Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) (0:3) matçını idarə etmişdi.

Daha çox


Son xəbərlər