“Qəbələ” klubunun hücumçusu Kənan Kərimov Qol.Az-a müsahibə verib.
- Bu gün premyer-liqanın 16-cı turu çərçivəsində “Neftçi” ilə görüşəcəksiniz. Bu oyun haqda fikirlərini bilmək istərdik.
- Biz hər matça qələbə üçün çıxırıq. Bu dəfə də istəyimiz 3 xal qazanmaqdır. Gücümüz buna imkan verir. İnanırıq ki, bundan maksimum istifadə edə biləcəyik. Qələbə qazanmağımız turnir cədvəli baxımından da əhəmiyyətli sayılır. Çünki “Neftçi” oyunu qazandığı halda bizdən önə keçəcək.
- Oyunqabağı çox inamlı danışırsan. Bu inam nədən irəli gəlir, “Neftçi” zəifdir, yoxsa “Qəbələ” daha güclüdür?
- Bu kollektivdə olan inamdan irəli gəlir. Düzdür, “Neftçi” tarixinin ən acı günlərini yaşayır. Ancaq bizim üçün fərqi yoxdur. Yəni istər “Neftçi”, istər “Xəzər-Lənkəran”, istərsə də “Muğan” olsun. Hər görüşə qələbə əzmi ilə çıxırıq.
- Komandanızın çempionatdakı çıxışı elə də ürəkaçan deyil. Bu gedişlə qarşıya qoyulmuş məqsədə çatmaq mümkün olacaq?
- Rəhbərlik bizdən çempion olmağımızı istəmir. Sadəcə, tələb olunan turnir cədvəlində yüksək yerlərdə olmaqdır. Biz 5-6-cı yerlərdə qərarlaşmaq arzusundayıq. Allahın köməkliyi ilə bu istəyimizə çatacağıq.
- Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda “Qəbələ” öz meydanında “Olimpik”lə heç-heçə etdi...
- Əvvəlcə onu deyim ki, kubokda qalib iki görüşün nəticəsinə əsasən müəyyənləşir. Düzdür, ilk oyunda öz meydanımızda heç-heçə etdik. Bu isə rəqib üçün əlverişli nəticədir. Çünki onlar cavab qarşılaşmasını evdə keçirəcəklər. Lakin oyunun gedişində məğlub duruma düşdüyümüz üçün, heç-heçəni qənaətbəxş nəticə hesab etmək olar. İnanıram ki, cavab qarşılaşmasında yaxşı oyun göstərərək, qələbə qazanan tərəf biz olacağıq.
- Rəhbərlik qarşınıza kuboku qazanmaq tapşırığı qoyub?
- Rəhbərlik bizdən bunu tələb etmir. Amma özümüz istəyirik ki, “Qəbələ” Azərbaycanı avrokuboklarda təmsil etsin.
- Bu mövsümdə öz çıxışın haqda nə deyə bilərsən?
- Birinci dövrədə zədə üzündən bir müddət meydandan kənarda qaldım. Amma ikinci dövrə başladıqdan sonra daha yaxşı oyunla diqqət mərkəzindəyəm. Ancaq heç vaxt öz oyunumdan razı qalmıram.
- Əvvəllər milliyə dəvət alsan da, indi artıq arxa plana düşmüsən. Səncə bu nədən irəli gəlir?
- Milliyə gedəndə oradan zədəli qayıdıram. Buna baxmayaraq, heç vaxt millidən gələn təklifi geri çevirməmişəm. Elə indi də millidə oynamağa gücüm çatar. Qaldı ki, çağrılmamağıma, məşqçinin seçiminə hörmətlə yanaşmaq lazımdır. Məsləhət görsə, mənə də şans verər.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası