“Ola bilər azarkeşlərimiz bu nəticəni gözləmirdilər. Lakin biz qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Özümüzə inanırdıq".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi”yə (İngiltərə) qarşı keçirilən oyun barədə danışarkən deyib.
Monteneqrolu futbolçu 2:2-lik heç-heçəni belə şərh edib: “İlk hissədə bəxtimiz gətirmədi. Heç nədən qol buraxdıq. Sonradan hesabda önə keçdik. Qələbə də qazana bilərdik. Yekunda 1 xalla kifayətləndik və bu nəticədən məmnunuq”.
O, qarşıdakı matçlarda da yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: “Başa düşürük ki, yaxşı nəticələr qazandıqca azarkeşlərin bizdən gözləntiləri artır. Biz özümüz də yaxşı nəticələrə, daha da irəli getməyə ümid edirik. Lakin Çempionlar Liqasının səviyyəsi çox yüksəkdir. Güclü komandalar, çox yaxşı futbolçular var. Demək olmaz ki, hər oyunu çıxıb udacağıq. Amma əlimizdən gələni edəcəyik ki, hər matçda yaxşı nəticə qazanaq. Məhz bunun üçün çalışırıq”.
Qeyd edək ki, "Qarabağ" hazırda 7 xalla 15-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti oyununu noyabrın 25-də İtaliyada "Napoli"yə qarşı keçirəcək.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov