Ölkə prezidenti Yozef Blatteri təbrik edib

XƏBƏR 3 İyun 2011 / 01:43 1520
-  A +

Azərbaycan Prezidenti İlham Əliyev Yozef Blatteri Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) rəhbəri seçilməsi münasibətilə təbrik edib. Qol.Az-ın president.az saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:
"Hörmətli cənab Blatter,
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonların sevimli idman növünün təbliği və yayılması sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, Azərbaycan ilə rəhbərlik etdiyiniz dünya futbol təşkilatı arasındakı əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar diləyirəm."

Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq