Rud van Nistelroy La Liqaya qayıtdı

Rud van Nistelroy La Liqaya qayıtdı
XƏBƏR 2 İyun 2011 / 22:31 2195
-  A +

Almaniyanın "Hamburq" komandasından ayrılan Hollandiya yığmasının forvardı Rud van Nistelroy özünə yeni klub tapıb. Qol.Az-ın məlumatına görə, 35 yaşlı futbolçu İspaniya "Малаqа"sı ilə müqavilə bağlayıb.

Anlaşma müddəti bir illikdir. Yeni komandasında müəyyən qədər oyun keçirəcəyi təqdirdə, van Nistelroyun müqaviləsi daha 1 il uzadılacaq. 

Qeyd edək ki, Rud van Nistelroy son ilyarımı "Hamburq"da keçirib. O, həmin kluba 2010-cu ilin yanvarında İspaniya "Real"ından keçib. İndi təcrübəli hücumçu yenidən Manuel Pelleqrininin rəhbərliyi altında çıxış edəcək. Sadəcə, baş məşqçi ilə oyunçu "Real"da yox, "Malaqa"da birgə işləyəcəklər.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner