“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 10-cu turunda “Neftçi”yə 1:5 hesablı məğlubiyyəti şərh edib.
QOL.az xəbər verir ki, oyundan sonra təşkil edilən mətbuat konfransında 41 yaşlı mütəxəssis matça itki ilə çıxdıqlarını söyləyib: “Ehtiyat skamyamız zəif idi. Planlaşdırdıqlarımızı reallaşdıra bilmədik, buna görə də məğlub olduq”.
A.Bağırov komandasının müdafiədə zəif oynamasının səbəbləri barədə suala belə cavab verib: “Bu görüşdən əvvəl iki vacib futbolçumuzu itirdik. Bu da nəticəyə təsir etdi. Hələlik müdafiədə səhvlər buraxırıq”.
O, futbolçuların səviyyəsinin aşağı olması barədə danışmaq istəmədiyini də deyib: “Onlar mənim futbolçularımdır və biz birlikdə işləyəcəyik. Bu oyunçularla da xal toplayacağıq. Əgər zəif tərəflər varsa, vaxtı gələndə dəyişikliklər edəcəyik”.
A.Bağırov matçın hakimliyi haqda sərt sözlər deyib:
“Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqıdr. Bütün dünyada, xüsusən də Türkiyədə. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək”.
“Neftçi”nin qapıçısı Rza Cəfərovu qış transfer pəncərəsində transfer edəcəkləri haqda xəbərlərə isə A.Bağırov belə cavab verib:
“Hələlik bu barədə heç nə deyə bilmərəm. Sabah nə olacağını da bilmirəm. Rza ‘Neftçi’nin futbolçusudur və mənimlə bu haqda danışıq olmayıb”.
"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı
Benzema "Beşiktaş"a gəlir?
"Sabah" "Zirə" matçındakı 4 qol - Video
Yaxşı ki, Azərbaycandasan, Dambrauskas!
"Arsenal"dan səfərdə darmadağın
CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı - Rəsmi
"Mançester Siti"dən Türkiyə klubuna keçdi
“Şamaxı”nın səfər qələbəsi - Video
"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə qalib gəldi
Azarkeşlər matça gəlmədi, klub sükut içində qələbə qazandı
"Neftçi"nin yetirməsi 1-ci liqa klubunda
Millimizin üzvü Serbiya klubunda - Rəsmi
“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir
PSJ-nin zədəli futbolçularından xəbər var
Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro itiriblər
"Zirə" - "Sabah": Heyətlər
Benzema Avropaya qayıda bilər
“Liverpul”da qalmaqal
"Kəpəz" - "Şamaxı": Heyətlər
Dünyanın ən bahalı futbol akademiyaları
Salahın “Qarabağ”a qarşı oyununu dəyərləndirdi
PSJ Enrike ilə bağlı qərar verdi
La Liqada ayın ən yaxşıları açıqlandı
Avrokuboklar tarixində yeni rekord
“Trabzonspor” səfərdə xal itirdi - Video
Ronaldo 961-ci qolunu vurdu
Superliqada 20-ci tur start götürdü
"Ayntraxt"ın yeni baş məşqçisi məlum oldu
"Barselona"da yeni müqavilə - Rəsmi
Ruben Diaşın evi qarət olundu
"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı açıqlandı
Massumonun het-triki, Almeydanın dublu - Video
Peşəkar Futbol Liqasından yeni layihə
"Qəbələ"nin məşqçisi: "Təhlükəli zonadan çıxmalıyıq"
Jorj Kaşkilya: "Buradan xalla ayrılmalı idik"
Qurban Qurbanovdan bugünkü püşkə münasibət
“Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik” - Tahir Gözel