AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Qazaxıstan milli komandasının baş məşqçisi Miroslav Beranek bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Beranek millimizdən çəkinmədiyini və sabahkı görüşdə qələbə qazanmaq istədiklərini bildirib:
"Oyuna maraq böyükdür. Lakin istərdim ki, bu maraq azarkeşlərə də sirayət etsin. Oyuna gəlincə isə sabahkı qarşılaşma çox gərgin keçəcək. Heyətlə bağlı heç nə deyə bilməyəcəm. Yığmadan hələ ki, tam razı deyiləm. Bununla belə, komanda üçün nə lazım idisə, onu da etmişəm.
Sabahkı oyunda heç-heçə olsa, bu faciə kimi qəbul olunmamalıdır. Biz rəqibə hörmət edirik, lakin onlardan qorxmuruq. Mən Azərbaycanın gənclər yığmasının oyununu izləmişdim. Onlar meydanda əsl mübarizə aparırdılar. Azərbaycan yığmasında bir neçə təhlükəli oyunçular var. Bunlardan Vaqif Cavadov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov və Mahir Şükürov kimi futbolçuların adlarını çəkə bilərəm. Biz sabah ilk qolumuzu vurmaqla ilk xalımızı qazanmaq istəyirik. Hər iki komandanın şanslarını 50-nin 50-yə kimi dəyərləndirirəm".
Beranek Qazaxıstanın "Atırau" klubunu çalışdıran həmyerlimiz Ramiz Məmmədovla görüşmədiyini və ondan məsləhət almadığını bildirib: "Mənim Ramizlə görüşüm olmayıb və ondan heç bir məsləhət almamışam. Onun komandasının futbolçuları yığmada yoxdur. Bununla yanaşı, Ramizdən ölkəsi haqda hər gansı bir məlumatı almağım da düzgün olmazdı".
Beranek daha sonra bunları deyib: "Əgər sabahkı oyunda futbolçularım ürəklə oynamasalar, onları bağışlamayacam. Çünki onlar millidə oynadıqları üçün meydanda canlarını qoymalıdırlar. O ki qaldı, Almaniya millisinin baş məqçisi Yoahim Lövün fikirlərinə, kimin güclü olduğunu sabahkı oyun göstərəcək".
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi