Samir Zərgərov: «AZAL da daxil olmaqla, 4 iddialı klubdan təklif almışam»

Samir Zərgərov: «AZAL da daxil olmaqla, 4 iddialı klubdan təklif almışam»
XƏBƏR 2 İyun 2011 / 11:46 2054
-  A +

Geridə qalan mövsüm “Gəncə”nin heyətində inamlı təsir bağışlayan Samir Zərgərov komandasını dəyişə bilər. Qol.Az-ın müxbiri ilə söhöətində Zərgərov 4 iddialı klubdan rəsmi təklif aldığını deyib.

Hazırda bu təkliflər üzərində “baş sındıran” futbolçu yekun qərarını gələn həftə verəcəyini bildirdi: “Gəncə” ilə müqaviləm başa çatıb. Biri AZAL da daxil olmaqla, 4 iddialı klubdan təklif almışam. Hələlik fikirləşirəm. Planlarımda “Gəncə”də qalmaq da var. Amma daha çox iddialı klublardan birinə keçməyi düşünürəm. Gələn həftə bütün məsəslələrə aydınlıq gələcək”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner