"Bavariya" 2 futbolçu ilə anlaşdı

"Bavariya" 2 futbolçu ilə anlaşdı
XƏBƏR 2 İyun 2011 / 11:32 2584
-  A +

Bu mövsüm Çempionlar Liqasında sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən "Şalke 04"ün qapıçısı Manuel Noyer karyerasını "Bavariya"da davam etdirəcək. Qol.Az-ın məlumatına görə, Noyer "Bavariya" ilə 5 illik müqavilə imzalayıb.

"Bavariya" klubunun Noyer üçün 26 milyon avrosundan keçdiyi bildirilir. 25 yaşlı qapıçı ilə "Mançester Yunayted" də yaxından maraqlansa da, Noyer "Bavariya"ya üstünlük verib.

"Bavariya"  Noyerlə yanaşı Rafinyanı da heyətinə qatıb. "Şalke 04" klubunun sabiq futbolçusu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rafinya son mövsümü İtaliyanın "Cenua" klubunda keçirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner