"Bakı" çempion oldu

"Bakı" çempion oldu
XƏBƏR 2 İyun 2011 / 11:09 1737
-  A +

"Bakı" klubunun əvəzedici və U-17 komandalarının çempionluq uğurunu "Bakı" U-15 təkrarlayıb. Qol.Az-ın məlumatına görə, cari mövsüm kluba 3-cü çempionluq qazandıran U-15 mövsümü titulla bitirib.

U-15 Kapitalbank liqasının finalda qarşılaşmasında “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən U-15 hədiyyə olaraq Türkiyədə 1 həftəlik təlim-məşq toplanışı qazanıb.

Beləliklə, "Bakı" klubunun 4 komandası 2010-2011-ci illər mövsümünü Azərbaycan çempionu kimi başa vurub. İlk olaraq çempionluğunu bayram edən "Bakı"nın əvəzedici komandasının uğurunu U-17 və U-11 komandaları da təkrarlayıb.

Mövsümün son akkordunu isə "Sabahın Ulduzları" turnirini çempion kimi tamamlayan U-15 komandası vurub.

 


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner