Blatter yenidən FİFA prezidenti seçildi

Blatter yenidən FİFA prezidenti seçildi
XƏBƏR 2 İyun 2011 / 10:58 1568
-  A +

Dünən baş tutan seçkilərdən sonra FİFA-nın yeni prezidentinin adına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, seçkilərdə yeganə namizəd olan Yozef Blatter növbəti dəfə ali futbol qurumunun prezidenti seçilib.

Blatter 1998-ci ildən bu yana tutduğu vəzifəyə 4-cü dəfə seçilib. O, konqresdə iştirak edən 203 nəfərlik nümayəndə heyətindən 186-sının səsini toplaya bilib. Səsvermənin nəticələrindən sonra Blatter təəssüratlarını konqres iştirakçıları ilə bölüşüb: “Həm həyəcanlı, həm də çox sevincliyəm. Hər kəsə minnətdarlığımı bildirirəm”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner