Maykl Ouen daha bir il "Mançester Yunayted"də

Maykl Ouen daha bir il "Mançester Yunayted"də
XƏBƏR 1 İyun 2011 / 19:22 1743
-  A +

 "Mançester Yunayted"  klubunun hücumçusu Maykl Ouen komandası ilə müqaviləsini yeniləyib. Qol.Az-ın məlumatına görə, Ouen daha bir il "Mançester Yunayted" də qalacaq.

31 yaşlı futbolçu komandada "Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Ferqyusonun istəyi ilə qalıb. "Liverpul" və "Real"ın sabiq oyunçusu "Mançester Yunayted"ə 2009-cu ildə "Nyukasl"dan transfer olunmuşdu.

Qeyd edək ki, Ouen bu mövsüm bütün turnirlər də nəzərə alınmaqla meydana çıxdığı 48 oyunda 14 dəfə fərqlənib.

 

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner