Azərbaycan UEFA-nın püşkatmasında tam heyətlə təmsil olunacaq

XƏBƏR 1 İyun 2011 / 17:22 1899
-  A +

Cari mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klublarımızın rəqibləri iyunun 20-dəki püşkatmada məlum olacaq. Qol.Az-ın məlumatına görə, komandalarımız əvvəlki illərdən fərqli olaraq, bu dəfə UEFA-nın püşatma mərasimində tam heyətlə təmsil olunacaqlar.

Həm Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Neftçi”, həm də Avropa Liqasında mübarizə aparacaq “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL klubları İsveçrənin Nyon şəhərinə öz nümayəndələrini göndərəcək.

Qeyd edək ki, bundan əvvəlki illərdə püşkatma mərasimində bir klub 2-3 komandamızı təmsil edirdi.


 


Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya