İyunun 3-də millimizlə qarşılaşacaq Qazaxıstan millisi dünən növbəti məşqini keçib.
Qol.Az-ın məlumatına görə, məşq media nümayəndələrinə açıq olub. Məşqdən dərhal sonra yerli futbolçular qarşıdakı oyunla bağlı fikirlərini bildiriblər.
Əvvəlcə Qazaxıstan yığmasının kapitanı Kayrat Nurdayletov millimizlə oyun barədə danışıb: “Rəqibin zəif və güclü cəhətlərini yaxşı bilirik. Eyni zamanda, Azərbaycan millisi də bizim oyunumuzu yaxşıca təhlil edib. Çətin oyun olacaq”.
Kapitan oyunöncəsi komandada yüksək əhval-ruhiyənin olduğunu da vurğulayıb: “İlk məşqimiz çətin oldu. Çünki yığmanın düşərgəsinə müxtəlif klublardan futbolçular gəlib. Hamı eyni əhval-ruhiyədə olmur. Ancaq millinin düşərgəsi elə bir yerdir ki, burada hər şeyi unudursan. İndi hər kəsin üzündə təbəssüm var. Hamı böyük həvəslə işləyir. Azərbaycan yığmasını məğlub etdikdən sonra isə hər şey daha da əla olacaq”.
“Qarşıdakı oyunun nə dərəcədə əhəmiyyətli olduğunu hamımız çox gözəl başa düşürük. Bilirik ki, hamı bizdən qələbə gözləyir”. Bu sözləri isə qazaxların çexiyalı çalışdırıcısı Miroslav Beranek söyləyib. Təcrübəli mütəxəssis yığmamızın zəif rəqib olmadığını bildirib: “Azərbaycan millisi ilə oyuna hazırlaşmaq üçün Federasiya bizim üçün lazımı şəraiti təşkil edib. Rəqibin gücünə bələdik. Azərbaycan elə də asan rəqib deyil. Hamımız çox gözəl bilirik ki, heç kim bizə havayı 3 xal bağışlamayacaq. Bunun üçün sonadək mübarizə aparmaq lazımdır”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı