21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb.
QOL.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən görüşdə bol qollu heç-heçə qeydə alınb - 3:3. Şotlandiya komandası oyunu 9 futbolçu ilə başa vurub. 46 və 90-cı dəqiqələrdə komanda qırmızı vərəqə alıb.
Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla - 0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
14 oktyabr
19:00. Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3
Qollar: Xəyal Əliyev, 7, 49-pen; Şahin İbrahimov, 79 - Devid Uotson, 33, Lyuk Qrem, 44, Semuel Klipp Hardinq, 90+1
Qırmızı vərəqələr: Jerimiah Mullen, 46, Adedire Mebude, 90 (hər ikisi Şotlandiya)
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”

Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır