Qazaxlar azərbaycanlı azarkeşləri "Cənub"a göndərdi

XƏBƏR 1 İyun 2011 / 13:13 1753
-  A +

"Avro-2012"nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də, yerli vaxtla saat 19:00-da, Astana şəhərindəki «Astana Arena»da Qazaxıstan və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada azərbaycanlı azarkeşlərin oturacaqları sektor müəyyənləşib.

Qol.Az-n AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, Qazaxıstan Futbol Federasiyası tərəfindən Azərbaycan millisinin azarkeşləri üçün «Astana Arena»nın Cənub tribunasının 1-ci sektoru ayrılıb. AFFA millimizin azarkeşlərindən xahiş edib ki, futbolçularımızı daha effektiv dəstəkləmək üçün Qazaxıstan – Azərbaycan oyununa biletləri məhz qeyd olunan sektora alsınlar.


Son xəbərlər