Rednik ərəb şeyxlərinin 800 min avroluq təklifindəm imtina etdi

Rednik ərəb şeyxlərinin 800 min avroluq təklifindəm imtina etdi
XƏBƏR 1 İyun 2011 / 12:56 2083
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Birləşmiş Ərəb Əmirliklərinin “Al-Ayn” klubundan aldığı təklifdən imtina edib. Qol.Az-ın Rumıniya mətbuatına istinadən yaydığı məlumata görə, ərəblər rumıniyalı mütəxəssisə bunun müqabilində 800 min avro təklif ediblər.
 
Lakin cənub təmsilçisinin çalışdırıcısı bu dəvəti qəbul etməyib. Rumıniya mətbuatının iddiasına görə, Rednikin bu təklifdən imtinasına səbəb, onun məhz “Xəzər Lənkəran”da qalmaq istəyi olub. 

Rednikin Lənkəran klubunda ilinə 1 milyon dollar qazandğı iddia olunur. Üstəlik, o, qazanılan uğurlar zamanı mükafatlar da almaq imkanına malikdir.

Son xəbərlər