«Qəbələ»dən iki yeni transfer

«Qəbələ»dən iki yeni transfer
XƏBƏR 1 İyun 2011 / 12:36 2483
-  A +

«Qəbələ» yay transfer dövründə ilk transferlərini gerçəkləşdirməyə yaxındır. Klubun baş meneceri Zaur Əzizovun Qol.Az-a verdiyi məlumata görə, qarşıdakı bir həftə ərzində komandaları iki əcnəbi futbolçuyla müqavilə bağlayacaq. Danışıqlar başa çatmadığından Z.Əzizov həmin futbolçuların adlarını açıqlamayıb.

O qeyd edib ki, «Qəbələ» bundan sonra daha iki əcnəbini heyətinə cəlb edəcək. «Ümumilikdə dörd əcnəbi futbolçuyla müqavilə bağlayacağıq. Bundan başqa, 1-2 yerli futbolçunu da heyətimizə qatmaq istəyirik» - deyə Z.Əzizov bildirib.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner