"İnter" 3 futbolçusu ilə yollarını ayırdı

"İnter" 3 futbolçusu ilə yollarını ayırdı
XƏBƏR 1 İyun 2011 / 12:11 1965
-  A +

Bu mövsüm mükafatçılar sırasına düşə bilməyən "İnter" klubu 3 futbolçusu ilə yollarını ayırıb. Qol.Az-ın məlumatına görə, David Odikadze, Filip Despatovski və Kaxaber Mjavanadze "İnter"in heyətindən kənarlaşdırılıb.

Odikadze Tbilisinin "Dinamo" klubu ilə 3 illik müqavilə imzalayaraq, karyerasını qonşu ölkədə davam etdirəcək. Despatovski və K.Mjavanadze ilə imzalanmış müqavilənin müddəti isə başa çatıb.

Lakin qarşılıqlı razılıq əsasında hər iki futbolçu ilə müqavilələrin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.


Son xəbərlər