"Barselona" ilk transferinə doğru

"Barselona" ilk transferinə doğru
XƏBƏR 1 İyun 2011 / 11:57 2252
-  A +

Mövsümü 2 titulla başa vuran "Barselona" klubu ilk transferini həyata keçirməyə yaxındır. Qol.Az-ın məlumatına görə, "Barselona"nın "Villareal" klubunun hücumçusu Cüzeppe Rossi ilə müqavilə imzalayacağı bildirilir.

İtaliyalı futbolçunun meneceri Federiko Pastorello da Rossinin "Barselona"ya keçəcəyi xəbərini təsdiqləyib. Rossi üçün 30 milyon avrosundan keçən "Barselona"nın 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Rossi "Barselona"da hər ilinə görə 3 milyon avro qazanacaq. "Barselona" klubunun Rossinin əvəzində Boyan Krkiçi də "Villareal"a verəcəyi iddia edilir.

Qeyd edək ki, "Villareal"ın heyətində bu mövsüm bütün turnirlərdə 56 oyuna çıxan Rossi 32 qol vurmağa nail olub.


Son xəbərlər