Futbol üzrə Qazaxıstan milli komandasının çexiyalı baş məşqçisi Miroslav Baranekə 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Azərbaycan yığması üzərində qələbə təqdirində pivə qonaqlığı veriləcək. Lent.az-ın “Tengrinews.kz” saytına istinadən verdiyi məlumata görə, yerli azarkeşlər Baranekə çex pivəsi içirəcəklər.
Təcrübəli mütəxəssis isə “qonaqlıq”da iştirakına yox, qələbə üçün çalışacaqlarına söz verib: “Cari tsiklin əvvəlki seçmə qrup oyunlarında biz nə xal yığa, nə də qol vura bilmişik. Məncə, bu, futbolçularımın Azərbaycan yığması üzərində qələbə qazanması üçün əla motivasiyadır. Biz bu oyunun vacibliyini gözəl anlayırıq. Bizdən qələbə gözlədiklərini başa düşürük. Ona görə də heç kimi məyus etməmək naminə hər şey edəcəyik. Məşqçilər heyəti və federasiya rəhbərliyi Azərbaycanla oyuna hazırlıq üçün böyük iş görüb. Lakin rəqib asan deyil, 3 xalı bizə rahatca heç kim verməyəcək. Onu gərgin mübarizədə qazanmaq lazımdır”.
Baranek bu dəfə milliyə çoxlu yeni və gənc futbolçular çağırıb. O, həmin oyunçuları sınaqdan çıxarmaq fikrindədir: “Qazaxıstan futbolunda yeni adlar parlamalıdır. Hər birini izlədiyimdən, onlara güvənirəm”.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də Astanada keçiriləcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil