"Yuventus" yeni baş məşqçisinə qovuşdu

"Yuventus" yeni baş məşqçisinə qovuşdu
XƏBƏR 1 İyun 2011 / 00:21 2013
-  A +

İtaliyanın "Yuventus" klubuna yeni baş məşqçi təyin olunub. Qol.Az-ın məlumatına görə, bu, Antonio Kontedir.

41 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Klub prezidenti Andrea Anyeli vaxtilə turinlilərin heyətində futbolçu kimi çıxış etmiş Kontenin təyinatını belə şərh edib: "Antonio "Yuventus"a qayıtdı. Bu dəfə komandanı arxasınca meydançaya çıxarmağa yox, skamyadan idarə etməyə... Biz qələbə qazanmaq istəyirik və bunu Konte ilə etmək arzusundayıq".

Qeyd edək ki, Antonio Konte Luici del Nerini əvəzləyib.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner