Mayın 31-də Azərbaycan Mətbuat Şurası (MŞ) və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə futbolumuzun 100 illiyi münasibətilə futbol yazarları ilə görüş keçirilib.
Tədbirdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov dünyada futbolun populyarlığından danışıb.
Onun fikrincə, futbolu gözəl edən topun qapını keçməsi yox, onu tamaşaçılara, oxuculara çatdıran şərhçilər, jurnalistlərdir. Ə.Amaşov futbolun təbliğində jurnalistlərin böyük xidmətlərinin olduğunu bildirib. Sonra dünyadan köçmüş bir sıra futbol yazarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
MŞ sədri futbolumuzun 100 illiyi ilə bağlı Bakı Futbol Federasiyası ilə birgə keçirdikləri tədbirlərə toxunub. O, jurnalistlərin polislər və deputatlarla futbol matçlarının təşkil edildiyini xatırladıb. Futbolumuzun hazırkı durumunun heç də hamını qane etmədiyini deyən Ə.Amaşov gələcəkdə komandalarımıza “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsindəki kimi qələbələr arzulayıb.
Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə Azərbaycan futbolunun 100 illiyi ilə əlaqədar futbolumuzun təbliğində xidmətləri olan 33 jurnalisti mükafatlandırmağı qərara aldıqlarını bildirib. Onun sözlərinə görə, sayın məhz 33 olması təsadüfi deyil: “Əvvəlcə bir komandanın sayı qədər – 11 nəfəri mükafatlandırmaq istəyirdik. Sonra bu rəqəm iki komandalıq – yəni 22 nəfər oldu. Yekunda isə qərara aldıq ki, yaşlı yazarlarla yanaşı, nisbətən gənc nəsil jurnalistləri də mükafatlandırılanlar sırasına daxil edək. Beləliklə, mövsümün sonunda müəyyənləşdirilən 33 ən yaxşı futbolçu kimi, futbolumuzun 100 illiyi ilə əlaqədar mükafata layiq görülənlərin sayı da 33-ə çatdırıldı”.
Beləliklə, futbolumuzun təbliğində xidmətləri olan futbol yazarlarından 33-ü MŞ-nin fəxri diplomu və AFFA-nın mükafatları ilə təltif olunub (lent.az).
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil