Andrey Şevçenko karyerasını bitirəcəyi vaxtı açıqladı

Andrey Şevçenko karyerasını bitirəcəyi vaxtı açıqladı
XƏBƏR 30 May 2011 / 19:08 2584
-  A +

Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Qol.Az-ın məlumatına görə, Şevçenko Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşağını bildirib.

"Avropa çempionatından sonra karyeramı başa vuracam. Bununla belə, ölkəmizdə keçiriləcək turnirdə komandaya kömək etməyə hazıram. AÇ-2012 ölkəmizdə keçiriləcəyi üçün bu turnirdə əlimizdən gələni etməliyik ki, maksimum nəticəyə nail olaq. Əgər bəxt bizim tərəfimizdə olarsa, turnirin qalibi də ola bilərik".

Qeyd edək ki, 1995-ci ildən Ukrayna millisinə çağırılan Şevçenko keçirdiyi 100 oyunda 45 dəfə fərqlənib.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner