"Barselona" və "Tottenhem"in mübarizəsi davam edir

"Barselona" və "Tottenhem"in mübarizəsi davam edir
XƏBƏR 30 May 2011 / 15:28 2360
-  A +

"Vilyareal" klubunun italiyalı hücumçusu Cüzeppe Rossini transfer etmək uğrunda "Barselona" və "Tottenhem" klubları arasında gedən amansız mübarizə davam edir. Qol.Az-ın məlumatına görə, hər iki komanda Rossini transfer etməkdə israrlıdır.

"Tottenhem" rəhbərliyi daha öncə Rossi üçün 36 milyon avro təklif etmişdi. Lakin Kataloniya təmsilçisinin futbolçuya görə 46 milyon avro ödməyə hazır olduğu bildirilir. "Vilyareal"ın da Rossini olduqca böyük məbləğə satacağını nəzərə alsaq, bu transferdə "Barselona"nın daha şanslı olduğunu söyləmək olar.

Qeyd edək ki, 2007-ci ildən "Vilyareal"ın şərəfini qoruyan Rossi meydana çıxdığı 127 oyunda 51 dəfə fərqlənib.


Son xəbərlər