"Fənərbaxça" da "Beşiktaş"a rəqib oldu

"Fənərbaxça" da "Beşiktaş"a rəqib oldu
XƏBƏR 28 May 2011 / 18:52 2828
-  A +

"Beşiktaş" rəhbərliyinin "Atletiko" (Madrid) klubundan transfer etmək istədiyi uruqvaylı hücumçu Dieqo Forlana "Fənərbaxça" da elçi düşüb. Qol.Az-ın məlumatına görə, "Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman Forlanı öz komandasında görmək istəyir.

"Fənərbaxça"nın digər uruqvaylı futbolçusu Dieqo Luqano da həmyerlisini razı salmağa çalışır. Dünən birgə alış-verişə çıxan futbolçuların söhbətlərinin əsas mövzusunun məhz "Fənərbaxça" olduğu bildirilir.

Qeyd edək ki, Forlanla "Fənərbaxça" ilə yanaşı Avropanın bir sıra aparıcı klubları da yaxından maraqlanır.

 

 

 

 

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner