Vaqif Sadıqov və Roberto Karlosun komandası zirvəni ələ keçirdi

Vaqif Sadıqov və Roberto Karlosun komandası zirvəni ələ keçirdi
XƏBƏR 28 May 2011 / 15:32 2456
-  A +

Rusiya Premyer Liqasında 11-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Vaqif Sadıqovun məşqçi kimi işlədiyi "Anji" klubu səfərdə "Lokomotiv"lə qarşılaşıb.

Bu görüşdə Mahaçqala təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Vaqif Sadıqovun komandası turnir cədvəlində zirvəni ələ keçirib.

Qeyd edək ki, "Anji" 11 oyundan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 oyun az keçirən CSKA isə 18 xalla ikincidir.


Son xəbərlər