İtaliya Futbol Federasiyasının prezidenti Bakıya gələcək

İtaliya Futbol Federasiyasının prezidenti Bakıya gələcək
XƏBƏR 28 May 2011 / 13:49 1899
-  A +

İtaliya Futbol Federasiyasının prezidenti, UEFA-nın V vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Cankarlo Abete də Bakıya gələcək. Qol.Az-ın məlumatına görə, o iyunun 6-da keçiriləcək Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin üzvləri Şenes Erzik, Marios Lefkaritis və Danimarka Futbol Federasiyasının prezidenti (eyni zamanda UEFA İcraiyyə Komitəsinin üzvü) Allan Hansen, həmçinin Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener də yubiley tədbirlərinə gələcək qonaqlar sırasında olacaqlar.

Son xəbərlər