"Qalatasaray"ın yeni transferi İstanbula gəldi

"Qalatasaray"ın yeni transferi İstanbula gəldi
XƏBƏR 28 May 2011 / 11:12 2348
-  A +

"Qalatasaray" klubunun yeni transferi isveçli Yohan Elmander artıq İstanbula gəlib. Qol.Az-ın məlumatına görə, İsveçin Qöteburq şəhərindən gələn Elmander hava limanında böyük coşqu ilə qarşılanıb.

İstanbula gəldiyi üçün çox xoşbəxt olduğunu bildirən Elmander "Qalatasaray"a keçidi haqda təssüratlarını bölüşüb. "Qalatasaray"ı tanıdığımı deyə bilərəm. Bu klubdan təklif aldıqda isə çox sevindim. Buna görə də, menecerimlə əlaqə yaratdım və danışıqlara başladım. Nəticədə buradayam və belə bir kluba transfer olduğum üçün çox xoşbəxtəm".

Qeyd edək ki, 2008-ci ildən "Bolton"un şərəfini qoruyan Elmander yeni mövsümdən etibarən "Qalatasaray"da çıxış edəcək.


Son xəbərlər