Araz Abdullayev İngiltərəyə yollanacaq

Araz Abdullayev İngiltərəyə yollanacaq
XƏBƏR 27 May 2011 / 17:25 2757
-  A +

"Neftçi" klubunun yetirməsi olan Araz Abdullayev İngiltərəyə yollanacaq. Qol.Az-ın məlumatına görə, İngiltərənin "Everton" klubundan "Neftçi"yə məktub daxil olub.

Məktuba əsasən futbolçu Araz Abdullayevin bu il iyulun 5-də Liverpul şəhərini təmsil edən komandanın düşərgəsində olması nəzərdə tutulub. Bundan sonra "Neftçi"nin yetirməsinin "Everton"un heyətində təlim-məşq toplanışında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Araz Abdullayev hazırda Azərbaycanın 21 yaşadək yığma komandasının düşərgəsindədir. U-21 mayın 31-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner