Cari çempionatı 8-ci yerdə tamamlayan “Muğan” iyunun 28-nə kimi istirahət edəcək. Qol.Az-ın məlumatına görə, Salyan klubu növbəti mövsümə üç mərhələdə hazırlaşacaq. Hazırlığın birinci hissəsi Bakıda olacaq. 20 günlük toplanışın ardından əyalət təmsilçisi Türkiyəyə yollanacaq. Qardaş ölkədə 10 gün qalacaq komanda bundan sonra vətənə qayıdacaq.
“Muğan”ın baş məşqçisi Bəhmən Həsənov Qol.Az-a bildirib ki, komandası hazırlıq prosesinin son mərhələsini ölkəmizdə başa vuracaq.
Bəhmən Həsənov klubun transfer siyasətindən də danışıb: “Hazırda maraqlandığımız bir neçə futbolçu var. 6 əcnəbi ilə yollarımızı ayırdıq. Yəqin ki onların yerinə üç legioner gətirəcəyik. Danışıqlar davam edir. Gələn ayın 1-dən etibarən bir çoxx məsələlərə aydınlıq gələcək”.
Həsənov komandadan başqa futbolçuların göndərilməyəcəyini də bildirib: “Yalnız Elşən Məmmədov və Amil Ağacanovun müqavilələri başa çatdığı üçün onlarla yollarımızı ayırdıq. Əslində qalmalarını istəyirdik. Ancaq görünür AZAL-ın təklifi daha cəlbedici olub. Bundan sonra hər hansı futbolçunu göndərmək niyyətimiz yoxdur. Daha bir neçə oyunçu alıb yeni mövsümə hazırlaşacağıq”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı