“Qalatasaray” Türkiyə millisinin daha bir üzvünü transfer edir

XƏBƏR 27 May 2011 / 15:50 2238
-  A +

Gələn mövsüm yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləyən “Qalatasaray” heyətinə daha bir ulduz futbolçu qatmağa hazırlaşır. Qol.Az-ın məlumatına görə,  Yohan Elmander və Səlçuk İnandan sonra “sarı-qırmızılı”lar indi də gözünü Fransa “PSJ”sinin hücumçusu Mövlud Erdincə dikib. Türkiyə millisinin də formasını geyinən 24 yaşlı forvard Fransada anadan olub. Erdinc 2009-cu ildən “PSJ”nin şərəfini qoruyur. Bu müddət ərzində hücumçu fransız klubunun heyətində 32 oyunda meydana çıxıb və rəqib qapılarından 9 top keçirib.


Son xəbərlər