Parks və Adamiya üçün 1111 manat

XƏBƏR 27 May 2011 / 15:08 2136
-  A +

Unibank Premyer Liqada aprel və may ayının ən yaxşı oyunçularının adlarını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, müvafiq olaraq, “Xəzər Lənkəran”dan Uinston Parks və “Qarabağ”dan Georgi Adamiya bu nominasiyada qalib olublar. 25 KİV və 12 klubun iştirakı ilə keçirilən səsvermədə Parks ümumi səslərin 30, Adamiya isə 58 faizini toplayıb. Futbolçular Unibankın 1111 manatlıq hədiyyə çekinə layiq gürülüb. Hər iki oyunçu vətənlərində olduğundan, bü gün keçiriləcək tədbirdə onların mükafatları çıxış etdikləri klubların nümayəndələrinə veriləcək.


Son xəbərlər