Ronaldinyo yenidən Avropa yolunda

XƏBƏR 27 May 2011 / 14:56 2339
-  A +

Keçən il “Milan”ı Braziliya “Flaminqo”suna dəyişən Ronaldinyo yenidən Avropaya qayıda bilər. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu ilə Madrid “Atletiko”su yaxından maraqlanır.

Komandanın aparıcı simalarından Serxio Aqueronun satılacağı təqdirdə, rəhbərlik Ronaldinyoya onun layiqli əvəzləyicisi kimi baxır. Ölkə mətbuatının məlumatına görə, ispanlar “sambaçı”nın keçidi ilə bağlı “Flaminqo” rəhbərliyinə rəsmi müraciət ediblər. Ancaq təcrübəli yarımmüdafiəçi hələlik məsələyə münasibət bildirməyib. Ronaldinyonun hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

 


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner