Bu mövsüm Avropa Liqasında çıxış edəcək komandaların əksəriyyətinin adlarına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, mübarizəyə təsnifat mərhələsində qoşulacaq Azərbaycan təmsilçilərinin potensial rəqiblərindən çoxu artıq müəyyənləşib.
I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ" və AZAL komandalarını nisbətən asan rəqiblər gözləyir. Lakin səpələnməmişlər qrupuna düşən AZAL İngiltərənin "Fulhem" klubu ilə üzləşə bilər. AZAL-dan fərqli olaraq səpələnmişlər qrupunda olan "Qarabağ" isə zəif rəqiblərlə qarşılaşacaq. Ağdam təmsilçisi ilk mərhələni uğurla keçdikdən sonra da səpələnmişlər sırasında olacaq ki, bu da "Qarabağ" üçün əlavə üstünlükdür.
Digər təmsilçimiz son Azərbaycan kubokunun sahibi "Xəzər Lənkəran" isə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Səpələnməmişlər qrupunda yer almış Mirça Rednikin komandasını da çətin rəqiblər gözləyir. Lakin bu mərhələdə zəif rəqiblərə də rast gəlmək mümkündür. Hər şeyə isə iyunun 20-də atılacaq püşkatmadan sonra aydınlıq gələcək.
I təsnifat mərhələsi (50 komanda)
Səpələnmişlər: İngiltərə təmsilçisi, “Elfsborq”, “Haken” (hər ikisi İsveç), “Tromse”, “Olesund” (hər ikisi Norveç), “Sent Patriks Atletik” (İrlandiya), “Qarabağ” (AZƏRBAYCAN), “Rabotniçki”, “Renova” (hər ikisi Makedoniya), “Spartak” (Slovakiya), “Olimpi”, “Dinamo” T (hər ikisi Gürcüstan), “Honka” (Finlandiya), “Varazdin” (Xorvatiya), “Minsk” (Belarus), Polşa təmsilçisi, “Rad” (Serbiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), TNS (Uels), “Reykyavik” (İslandiya), “Koper” (Sloveniya), Çernoqoriya, “Birkirkara” (Malta), “Paksi”, “Ferentsvaroş” (hər ikisi Macarıstan).
Səpələnməmişlər: “Qlentoran”, “Kliftonvill” (hər ikisi Şimali İrlandiya), “Milsami” (Moldova), “Banqa” (Litva), “Dauqava” (Latviya), “Olimpiya” (Sloveniya), “Flyamurtari”, “Vlajnia” (hər ikisi Albaniya), “Trans” (Estoniya), AZAL (Azərbaycan), “İrtış”, “Şaxtyor” (hər ikisi Qazaxıstan), “Zeta” (Çernoqoriya), “Banants”, “Uliss” (Erməniatan), “Kalyu” (Estoniya), “Vestmannaeyar” (İslandiya), “Runavik”, “Fulafyordur” (Farer adaları), San-Marino təmsilçisi, “Nid” (Uels), “Karyenq” (Lüksemburq), “Lusitanos”, “Santa-Koloma” (hər ikisi Andorra), Lüksemburq təmsilçisi.
II təsnifat mərhələsi (76 komanda)
Qeyri-müəyyənlər: “Şaxtyor” (Belarus), Polşa təmsilçisi, I təsnifat mərhələsinin 2 qalibi.
Səpələnmişlər: “Dinamo” (Rumıniya), “Zalsburq”, “Austriya” (hər ikisi Avstriya), “Anartosis” (Kipr), “Nasional” (Portuqaliya), “Jilina” (Slovakiya), “Vorskla” (Ukrayna), “Şerif” (Moldova), Hollandiya təmsilçisi, “Qaziantepspor” (Türkiyə), “Olimpiakos” (Yunanıstan), “Dandi yunayted” (Şotlandiya), “Bney Yehuda”, “Makkabi” TƏ (hər ikisi İsrail), “Vesterloo” (Belçika), Danimarka təmsilçisi, “Ventspils” (Latviya), “Valorengen” (Norveç), İsveçrə təmsilçisi, “Yablonets” (Çexiya), “Aktobe” (Qazaxıstan), Serbiya təmsilçisi, “Bohemians” (İrlandiya), AEK (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina), “Split” (Xorvatiya), Bolqarıstan təmsilçisi, I təsnifat mərhələsinin ən yüksək reytinqə malik qalibləri
Səpələnməmişlər: “Hafnarfyordur” (İslandiya), “Metallurq” (Latviya), “Erebru” (İsveç), “Jelezniçar” (Bosniya və herseqovina), “Tirana” (Albaniya), “Suduva”, “Tauras” (hər ikisi Litva), “Vaduts” (Lixtenşteyn), TPS (Finlandiya), Moldova təmsilçisi, “Kuopio Palloseuro” (Finlandiya), “Keçkemeti” (Macarıstan), “Rudar” (Çemoqoriya), “Sent Culiya” (Andorra), “Streymur” (Farer adaları), “Xəzər Lənkəran” (Azərbaycan), Gürcüstan təmsilçisi, “Metallurq” (Makedoniya), “Mika” (Ermənistan), “Domjale” (Sloveniya), “Llanelli” (Uels), “Kruzaders” (Şimali İrlandiya), Lüksemburq təmsilçisi, “Yuvenes” (San Marino), “Floriana” (Malta), Lüksemburq təmsilçisi, I təsnifat mərhələsinin aşağı reytinqə malik komandaları.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir