Ağdamın "Qarabağ" klubu 2010-2011 mövsümünə yekun vurduqdan sonra dərhal ilk transferini reallaşdırıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan futbolunda "qızıl oğlan" ləqəbi qazanmış Zaur Tağızadə artıq rəsmən "Qarabağ"ın seleksiyaçı məşqçisidir.
Azərbaycan futbolunun ən istedadlı futbolçularından sayılan Zaur ötən mövsüm karyerasını bitirdikdən sonra məşqçiliyə başlamışdı. Tağızadə klubun rəsmi saytına verdiyi açıqlamada ilk təəssüratlarını bölüşüb: "Qarabağ" kimi böyük camiədə çalışmaq olduqca xoş duyğudur. "Qarabağ" rəhbərliyinə və Qurban Qurbanova göstərdikləri etimada görə öz təşəkkürümü bildirirəm.
Artıq karyeramda yeni səhifə açmışam. Futbolçu kimi öyrəndiklərimi məşqçi kimi təkmilləşdirmək istəyirəm. Qurban Qurbanovla birgə futbol oynamışam. Eyni zamanda mənim məşqçim də olub. Onun futbol təfəkkürünə bələdəm. "Qarabağ" son 2 ildə Avroliqada uğur qazanmaqla yanaşı özünəməxsus dəsti-xətti olan klubdu. Oynadığı hücumameyilli, rəngarəng futbolun azarkeşlərə zövq verdiyini düşünürəm.
İnşallah, "Qarabağ"ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalşacam. Rəhbərlik "Qarabağ"da əla, mehriban kollektiv yaradıb. Komandanın uğur qazanması üçün istənilən şərait formalaşdırılıb. İnanıram ki, əməkdaşlığımız uzunmüddətli və uğurlu olacaq".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir