Mayın 24-də futbol üzrə NBC Bank Azərbaycan Kubokunun “İnter” – “Xəzər Lənkəran” finalından sonra keçirilmiş lotereya ilə əlaqədar qalmaqal yaranıb.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) lotereyanın təşkilatçısı Peşəkar Futbol Liqasını (PFL) böyük məbləğdə cərimələməyə hazırlaşır.
Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Çingiz Hüseynovun Lent.az-a verdiyi məlumata görə, həmin oyun günü uduşlu bilet satışı həyata keçirilib. Bu isə insanlar üçün stimullaşdırıcı rol oynayıb. Yəni, “İnter” – “Xəzər Lənkəran” oyununa azarkeş cəlb etmək, kütləni yığmaq məqsədilə bu addım atılıb. QKDK rəsmisi bildirib ki, təmsil etdiyi qurumun bundan əvvəlcədən xəbəri olub: “Bununla əlaqədar təşkilatçılara 20 gün öncədən xəbərdarlıq etmişik. Sonradan xəbərdarlığımızın nəticəsinin olmadığını gördük. Belə deyək, kampaniya baş tutub”.
Ç.Hüseynov artıq rəsmi prosedur qaydalarına başladıqlarını bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ üzərində iş gedir: “İnzibati xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən, təşkilatçılar cərimələnəcək. Təbii ki, rəsmi qanunla nə cəza gözləyirsə, həmin cəza da tətbiq ediləcək. Yəqin ki, hüquqşünaslarımız onlarla əlaqə saxlayacaqlar və cərimələrin məbləğini deyəcəklər. Cərimənin nə qədər olacağını deyə bilməyəcəyəm. Yəqin ki, böyük məbləğdə olacaq”.
QKDK rəsmisi bildirib ki, prosesin gedişatından asılı olaraq, işə məhkəmədə baxılması da mümkündür: “Lotereya təşkilatçıları cəriməni ödəmək istəməsə və ya onun məbləğini qəbul etməsə, son qərar dövlətin əlində olacaq. Mən də güman edirəm ki, bu iş məhkəməyə gedib çıxmayacaq”.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə bildirib ki, QKDK-dan onlara xəbərdarlıq 20 gün yox, oyun günü gəlib. Həm də məktub yox, zəng formasında: “Biz lotereyadan heç bir qazanc götürmürük. Əksinə, uduşlar qoyuruq ki, insanlar stadionlara cəlb olunsun, oyuna maraq yaransın. Marağı artırmaq məqsədilə tamaşaçılar üçün avtomobil, jurnalistlər üçün noutbuk uduşu həyata keçirdik. Biz bu aksiyanı həyata keçirərkən, bilmirdik ki, buna görə icazə almaq lazımdır. Bizim nə gəlirimiz olub ki, ondan nə isə ödəyək də”.
QKDK-nın PFL-i böyük məbləğdə cəriməyə məruz qoyacağı barədə fikirlərə isə R.Musayev belə reaksiya verib: “Bu, işin gedişində bilinəcək”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir