"Şaxtyor" 7-ci dəfə Ukrayna kubokunu qazandı

"Şaxtyor" 7-ci dəfə Ukrayna kubokunu qazandı
XƏBƏR 26 May 2011 / 01:45 1634
-  A +

Ukrayna Kuboku uğrunda final matçı keçirilib. Qol.Az-ın məlumatına görə, Sumı şəhərindəki "Yubileynıy" stadionunda baş tutan görüşdə "Şaxtyorla Kiyev "Dinamo"su qarşılaşıb. 

Oyun "Şaxtyor"un inamlı qələbəsi ilə nəticələnib - 2:0. 65-ci dəqiqədə Eduardo da Silva hesabı açıb. 86-cı dəqiqədə isə Adriano ikinci qolu vurub. Gərgin keçən oyunu komandalar 10 futbolçu ilə başa vurublar. "Dinamo"dan Betao, "Şaxtyor"dan isə Eduardo qırmızı vərəqə alıb.

Bu, "Şaxtyor"un 7-ci ölkə kuboku olub. Donetsk komandası çempionluq titulu da əldə edib.

Son xəbərlər