“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi:
- Sizi fəxri mükafatın qazanılması münasibətilə təbrik edirik! Final oyunundan təəssüratlarınız necədir?
- Final layiqli alınıb. Hər iki komanda bütün turnir yolunu təsadüfən uğurla keçmədiklərini və kubok uğrunda mübarizə hüququnu elə-belə əldə etmədiklərini göstərdilər. Mənim fikrimcə, oyun kifayət qədər baxımlı alındı. Qollar, penalti seriyası oldu. Düşünürəm, azarkeşlər oyundan zövq aldılar.
- “İnter” hesabı bərabərləşdirdikdə, “Xəzər-Lənkəran”ın ardıcıl olaraq ikinci il mükafatın bir addımlığında dayanacağı hissləri yaranmadımı?
- Əlbəttə, narahat olurduq. Lakin bu futbol, tam gözlənilməzliklərlə dolu oyundur. Aydın idi ki, bizim qolumuzdan sonra rəqib oyunu xilas etməyə çalışaraq hücuma keçəcək. “İnter” bunu edə bildi. Bundan sonra keçirilən cərimə zərbələri seriyasında futbolçularımız daha dəqiq oldular. Burada qapıçı Kamran Ağayevi qeyd etməliyəm. O, yenidən öz peşəkarlığını göstərdi.
Qələbəmizdə “Xəzər-Lənkəran”ın azarkeşləri də böyük rol oynadılar. Onlar bütün mövsümdə bizə dəstək göstəriblər. Qalib gəldiyimiz vaxtlarda da, məğlubiyyətə düçar olduğumuz vaxtlarda da bizimlə olublar. Onlar bu kuboka layiqdirlər. Hər kəs stadionda necə möhtəşəm atmosferin olduğunu gördü! Oyundan sonra da fanatlarımızın sevincinin hədd-hüdudu yox idi. Bəs Lənkəranda nə baş verirdi! Həmçinin qeyd etmək istəyirəm ki, klubumuz azarkeşlərlə daha fəal işləyir. Finaldan öncə hazırlıq keçirdik, fanatlara şərf və bayraqlar payladıq. Tribunamız çox gözəl görünürdü.
- Oyun ərəfəsində baş məşqçi Mirça Rednik finalda məğlubiyyətin bütün klub üçün – onun özü, rəhbərlər, oyunçular üçün faciə olacağını bəyan etmişdi. Siz onunla razılaşırsınızmı?
- Müəyyən dərəcədə bu belə olardı. Bütün mövsüm ərzində çempionluq uğrunda mübarizə aparsaq da, yekunda 2-ci yeri tutduq. Kubokda da məğlub olmaq son dərəcə ağır olardı. Yalnız qələbəyə köklənmişdik.
- Azərbaycan kubokunda qazandığı qələbə sayəsində “Xəzər-Lənkəran” Avropa kubokunda 2-ci kvalifikasiya raundundan çıxış etməyə başlayacaq. Komandanın hazırlıq üçün daha çox vaxtı olacaq.
- Bəli bu müsbət cəhətdir. Hazırlığı çox da sürətləndirməmək olar. Bundan başqa, Avropa Liqası mövsümündə ölkə kubokunun sahibləri qismində iştirak etmək daha yaxşıdır. Klubun prezidenti Mais Mənsimov Avropa Liqasının qrup mərhələsinə çıxmaq vəzifəsini qarşımıza qoyub. Üç mərhələ keçməliyik. “İnter”ə məğlub olsaydıq, dörd mərhələ keçməli olardıq.
- Mirça Rednik artıq komandanın Avrokubokun başlamasından əvvəl gücləndirməli olduğu mövqelərin adlarını çəkib?
- Transfer bazarında bütün mövsüm ərzində işləyirik. Təbii ki, hansısa mövqelərin daha çox möhkəmləndirilməyə ehtiyacı var. Çalışırıq gücləndirək. Bundan başqa, “Xəzər-Lənkəran” bizə uyğun gəlməyən futbolçularla yollarını ayıracaq. Yaxın vaxtlarda onların adlarını açıqlayacağıq.
- Avropa kubokuna hazırlıq planı hazırdırmı?
- Hələlik komanda bayram edir. Lakin yaxın vaxtlarda təlim-məşq toplantılarının keçirilmə yerini müəyyənləşdirəcəyik. Bu istiqamətdə iş aparılır.
Mənbə: gun.az
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq