«Keçən il olduğu kimi, bu ildə “Qarabağ” avroliqada ölkəmizi layiqli təmsil etmək istəyir». Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl bildirib.
Komandanın hazırlığı haqda danışan Çəlikəl iyunun 5-də “Qarabağ”ın Bakıda toplanacağını söyləyib: «Burda keçirilən 4 günlük məşqlərdən sonra komanda iyunun 9-da Türkiyənin paytaxtı Ankara yaxınlığında Qızılcahamam bölgəsinə gedəcək və iyunun 23-nə kimi orada hazırlığın ikinci mərhələsini keçəcəyik. Toplanış çərçivəsində yoxlama oyunu keçirməyi nəzərdə tututuq. Avroliqada bizə rəqib olacaq komanda ilə səfərdə qarşılaşsaq, oradan oyunun keçiriləcəyi ölkəyə səfər edəcəyik, əksinə olsa, Bakıya dönəcəyik».
O, “Qarabağ”ın Avroliqa şanslarınada toxunaraq artıq qrup mərhələsinə çıxmağ vaxtının yetişdiyini və əsas məqsədlərinin ötən illərdə göstərmiş olduqları nəticəni daha da yaxşılaşdırmaq olduğunu bildirib.
Əmrah Çəlikəl komandaya yeni oyunçuların cəlb edilməsi məsələsinə də toxunub: “Hələ ki, bu haqda indidən danışmaq tezdi. Ola bilər hansısa mövqelərə yeni nəfəs lazımdı. Ancaq bütün bunlara Türkiyədə keçirəcəyimiz toplantıda aydınlıq gələcək. Heyətə yeni legionerlərin cəlb olunması da istisna deyil. Bu məsələdə qərarı baş məşqçimiz Qurban Qurbanov verməlidir. “Qarabağ” yerli oyunçuların tranferinə üstünlük verən komanda kimi, ola bilsin, gələn mövsümdən bəzi azərbaycanlı futbolçuları da da öz sıralarına qatsın».
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı