Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink postundan gedə bilər. Qol.Az-ən İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Qus Hiddinki Dik Advokat əvəz edəcək. Məlumatda qeyd olunur ki, tərəflər yayda rəsmi surətdə razılığa gələcəklər. Hiddink özü də verdiyi açıqlamasında bunu təkzib etməyib: “Hazırda milli komanda ilə bağlı bütün fikirlərim martın 28-də Azərbaycana qarşı keçirəcəyimiz oyuna yönəlib. Arxayın olun, Rusiya millisi ilə yollarımı ayıranda bunu hamınıza elan edəcəm”.
Rusiya Futbol İttifaqının məsələyə münasibəti də özünü çox gözlətməyib. Adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri Andrey Malosolov yayılan xəbəri təkzib edib: “Bizim Hiddinklə heç bir problemimiz yoxdur və iki yerdə işləmək onun özünə də problem yaratmır. Onun bizimlə müqaviləsi var və bu müqavilə başa çatana kimi onunla yolumuza davam edəcəyik. Hiddinkin ətrafında bu cür şaiyələrin yaranması gülünc doğurur. Axı o, özü dəfələrlə deyib ki, Rusiya millisindən getməyə hazırlaşmır. Qarşıdakı vacib oyunlar öncəsi mətbuatın bu söhbəti qaldırmasını anlamırıq”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası